“Neftçi”nin legioneri ilin ən yaxşısı adına namizədlər arasında
Konqoda 2020-ci ilin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Komanda.az “ghanasoccernet.com” saytına istinadən xəbər verir ki, 20 nəfərin yer aldığı siyahıda “Neftçi”nin hücumçusu Prins İbara da var. Qalib, azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
İbara icarə əsasında “Neftçi”də çıxış edir. 24 yaşlı hücumçu “ağ-qaralar”la Azərbaycan Premyer Liqasında 7 oyunda 1 qol vurub.
İbara müqavilə ilə Belçikanın “Birşot” klubuna məxsusdur. Onun “Neftçi” ilə icarə sözləşməsi mövsümün sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin