
“Neftçi”nin legioneri millidə fərqləndi
“Neftçi”nin futbolçusu Prins İbaranın formasını geyindiyi Konqo milli komandası Afrika Millətlər kubokunda növbəti matçına çıxıb.
Komanda.az xəbər verir ki, Konqo qrup mərhələsinin 3-cü turunda doğma meydanda Esvatini ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.
“Neftçi”nin hücumçusu Prins İbara da sözügedən qarşılaşmada forma geyinib. İbara, qarşılaşmada 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Konqo İ qrupunda 6 xalla 2-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin