“Çelsi”nin xeyrinə çalışmağa davam edəcəm”

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher London komandasındakı rolundan danışıb.

Komanda.az “Chelsea News”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu komandasının xeyrinə çalışacağına davam edəcəyini bildirib:

“Çelsi”də bu mövsüm lider olmaq məcburiyyətində qaldım. Mənim bundan xoşum gəlir. Komandanız üçün yaxşı çıxış etdiyiniz zaman bu sizə kömək edir. “Çelsi”nin xeyrinə çalışmağa davam edəcəm”.

24 yaşlı Qallaher bu mövsüm 38 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. İngiltərəli futbolçunun “Çelsi” ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi nəzərdə tutulub.

“Çelsi” Premyer Liqanın turnir cədvəlində 27 oyundan sonra 39 xalla 11-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button