KONKAKAF üzrə 2022-ci ilin ən yaxşı 11 futbolçusu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi (KONKAKAF) üzrə 2022-ci ilin rəmzi “11-liy”ini açıqlayıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, simvolik komandada ABŞ millisinin 6 futbolçusu yer alıb.
Meksika siyahıda 3, Kanada isə 2 oyunçu ilə təmsil olunub.
Qapıçı: Mett Terner (ABŞ);
Müdafiəçilər: Serjino Dest, Uolker Zimmerman (hər ikisi ABŞ), Sezar Montes (Meksika), Alfonso Deyvis (Kanada);
Yarımmüdafiəçilər: Tayler Adams, Kristian Pulişiç (hər ikisi ABŞ), Luis Çaves (Meksika);
Hücumçular: İrvinq Losano (Meksika), Conatan Devid (Kanada), Tim Vea (ABŞ).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin