
KONKAKAF Millətlər Liqasının qalibi məlum olub
KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi məlum olub.
Komanda.az xəbər verir ki, final matçında Kanada yığmasına 2:0 hesabı ilə qalib gələn ABŞ millisi titula sahib çıxıb.
Qolları 12-ci dəqiqədə Kris Riçards və 34-cü dəqiqədə Folarin Balaqun vurublar.
Üçüncü yer uğrunda oyunda Panama millisini 1:0 hesabı ilə məğlub edən Meksika isə bürünc medal qazanıb.
KONKAKAF Millətlər Liqasının bundan əvvəlki qalibi də ABŞ millisi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin