“Qarabağ”ın legioneri qol vurdu, komandası yarımfinala yüksəldi
KONKAKAF “Gold Cup” turnirində 1/4 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi Haiti millisi bu mərhələdə Kanada yığması ilə qarşılaşıb. 5 qolun vurulduğu matçda Haiti millisi 3:2 hesablı qələbə qazanıb.
Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətində meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə komandasının qələbə topunu vurub.
Haiti millisi KONKAKAF “Gold Cup” turnirinin yarımfinalında Meksika yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin