“Qarabağ”ın futbolçusu üçün 100 dəqiqə
KONKAKAF “Gold Cup” turnirində 1/2 final mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Donald Geryenin formasını geyindiyi Haiti millisi bu mərhələdə Meksika yığması ilə qarşılaşıb. Əsas vaxtı qolsuz bitən matçda Meksika 90+3-cü dəqiqədə vurduğu qolla Haitini məğlub edərək, finala yüksəlib.
Gerye də bu oyunun iştirakçısı olub. Ağdam klubunun üzvü start heyətində meydana çıxıb və 100-cü dəqiqədə əvəzlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin