KONKAKAF “Gold Cup”ın ən yaxşıları
KONKAKAF “Gold Cup” turnirində müxtəlif nominasiyalar üzrə ən yaxşı oyunçular məlum olub.
Komanda.az turnirin rəsmi “tvitter” hesabına istinadən xəbər verir ki, ən yaxşı oyunçu adına Meksika millisinin hücumçusu Raul Ximenes layiq görülüb. Ximenes, iştirak etdiyi 6 oyunda 5 qol vurub.
ABŞ millisinin 20 yaşlı futbolçusu Kristian Pulişiç isə ən yaxşı gənc oyunçu seçilib.
KONKAKAF “Gold Cup”un ən yaxşı qapıçısı mükafatı isə meksikalı Qilyerme Oçoaya verilib. Meksika millisinin qolkiperi 5 oyunda 2 qol buraxıb.
KONKAKAF “Gold Cup” turnirinin qalibi final matçında ABŞ-ı 1:0 hesabıyla məğlub edən Meksika yığması olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin