“Qarabağ”ın “Marsel”lə oyunu məhdud sayda azarkeşlə keçirilə bilər
Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Fransada keçiriləcək “Marsel” – “Qarabağ” matçını məhdud sayda azarkeş izləyə bilər.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb Fransa hökumətinin 2022-ci il yanvarın 3-dən idman tədbirlərində azarkeş sayına tətbiq edəcəyi məhdudiyyətlərdir.
Qərara əsasən, qapalı məkanlarda 2 min nəfərdən, açıq havada isə 5 min nəfərdən çox tamaşaçı iştirak edə bilməz. Məhdudiyyətlərin qüvvədə olma müddəti barədə məlumat verilmir.
“Qarabağ” “Marsel”lə ilk oyunu fevralın 17-də Fransada keçirəcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin