Kadinin vurduğu qol ən yaxşı adına namizəd oldu – Konfrans Liqasında

Konfrans Liqasında qrup mərhələsinin 2-ci turundan sonra həftənin ən yaxşı qolu adına namizədlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, namizədlər arasında “Qarabağ”ın futbolçusu Kadi Borqesin “Omoniya” ilə görüşün 53-cü dəqiqəsində vurduğu ilk qol da var.

Həmçinin “Alaşkert”dən (Ermənistan) Aleksandar Qlişiçin HJK-ə (Finlandiya), “Vittes”dən (Niderland) Maksimilian Vittekin “Renn”ə (Fransa) və “Mura”dan (Sloveniya) Ziqa Kousun “Tottenhem”ə (İngiltərə) vurduğu qollar da ən yaxşılar sırasında yer alıb.

Qalib, UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button