
Konfrans Liqasında mövsümün ən yaxşı futbolçusu açıqlandı
UEFA Konfrans Liqasında 2024/2025 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
Komanda.az Avropa futbol qurumunun mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın “Betis” klubundan İsko bu ada layiq görülüb.
İsko Konfrans Liqasında meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Betis” turnirin finalında İngiltərə təmsilçisi “Çelsi”yə uduzub – 1:4.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin