İnsident: Birinin biləyi qırıldı, birinin başına tikiş vuruldu
UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda keçirilən “Vest Hem” – “Anderlext” matçı insidentlə başa çatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra kütləvi iğtişaşlar yaşanıb.
Oyun bitən kimi belçikalı azarkeşlər rəqib fanatlar olan sektorlara pirotexniki əşyalar və oturacaqlar atmağa başlayıb. Hadisədə zərərçəkən isə polislər olub. Belə ki, insidentə müdaxilə edən polislərin dördü yaralanıb. Onlardan birinin biləyi qırılıb, birinin başına tikiş vurulub. Digər iki zabit də başından xəsarət alıb.
Konfrans Liqasında 4 turdan sonra “Vest Hem” 12 xalla birinci, “Anderlext” 4 xalla üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin