Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli oldu
Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada Avstriyanın LASK komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamura layiq görülüb.
Yaponiyalı vinger evdə Ermənistan “Alaşkert”inə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubla imza atıb.
21 yaşlı futbolçu səsvermədə “Qarabağ”dan Abdullah Zubiri, Slovakiyanın “Slovan” klubundan Andre Qrini və Norveçin “Bodo Qlimt” komandasından Ola Solbakkeni qabaqlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin