
Konfrans Liqası: “Zirə” bu gün Xorvatiya klubu ilə qarşılaşacaq
“Zirə” bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Bakıda “Hayduk”la üz-üzə gələcək.
Yunanstanlı FİFA referisi Kristos Vergetisin idarə edəcəyi görüş “Neftçi Arena”da, saat 19:30-da start götürəcək.
Komandalar arasında cavab görüşü iyulun 30-da Xorvatiyada keçiriləcək.
Konfrans Liqası
2-ci təsnifat mərhələsi, ilk oyun
23 iyul
19:30. Zirə (Azərbaycan) – Hayduk (Xorvatiya)
Baş hakim: Kristos Vergetis (Yunanıstan).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



