Konfrans Liqası: “Trabzonspor” “Bazel”ə qalib gəldi

Bu gün Avropa Konfrans Liqasında pley-off mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, raundun bütün görüşləri eyni gündə keçirilib.

Azərbaycan çempionu “Qarabağ” Bakıda Belçikanın “Gent” klubunu qəbul edib və minimal fərqlə qalib gəlib.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” isə İsveçrə “Bazel”ini sınağa çəkib. Trabzon klubu da ilk oyunda tək qolla qələbə qazanıb.

Bu mərhələnin cavab görüşləri fevralın 23-də keçiriləcək.

Avropa Konfrans Liqası, pley-off mərhələsi

İlk oyunlar

16 fevral

“Qarabağ” (Azərbaycan) – “Gent” (Belçika) 1:0
Qol
: L.Andrade, 78.

“Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə) 1:0
Qol
: Larsen, 65.

“Bodo Qlimt” (Norveç) – “Lex” (Polşa) 0:0

“Braqa” (Portuqaliya) – “Fiorentina” (İtaliya) 0:4
Qol
: Yoviç, 45+1; 60. Kabral, 79; 90. 

“Latsio” (İtaliya) – “ÇFR Kluj” (Rumıniya) 1:0
Qol
: İmmobile, 45+4.

AEK (Larnaka, Kipr) – “Dnepr-1” (Ukrayna) 1:0
Qol
: A.Qarsiya, 85.

“Şerif” (Moldova) – “Partizan” (Serbiya) 0:1
Qol
: R.Qomes, 45.

“Ludoqorets” (Bolqarıstan) – “Anderlext” (Belçika) 1:0
Qol
: İ.Tyaqo, 9.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button