
Konfrans Liqası: “Sabah”la “Araz-Naxçıvan”ın pley-off mərhələsindəki potensial rəqibləri bilindi
“Araz-Naxçıvan” və “Sabah”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
Komanda.az xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
“Sabah” 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Levski” (Sofiya) komandasını mübarizədən kənarlaşdırsa, “AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə, “Araz-Naxçıvan” isə 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Omoniya” (Kipr) kollektivini mübarizədən kənarlaşdırsa, Avropa Liqasında PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Bu mərhələnin ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin