
Konfrans Liqası: “Sabah”ın 2-ci mərhələdə potensial rəqibləri müəyyənləşdi
“Sabah”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, Bakı klubu UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Çelye”yə (Sloveniya) məğlub olacağı təqdirdə, “Birkirkara” (Malta) – “Petrokub” (Moldova) cütünün qalibi ilə görüşəcək.
“Sabah” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin