Konfrans Liqası: “Sabah” yenə “Çelye” ilə qarşılaşa bilər

Bu gün İsveçrənin Nyon şəhərində Konfrans Liqasının seçmə mərhələsinin pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Komanda.az xəbər verir ki, təsnifat mərhələsinin 3-cü mərhələsində müvafiq olaraq Kiprin “Omoniya” və Bolqarıstanın “Levski” klubları ilə qarşılaşacaq “Araz-Naxçıvan” və “Sabah”ın da potensial rəqibləri məlum olacaq.

Naxçıvan klubu 4-cü qrupa, “Sabah” isə 1-ci qrupa daxil olub.

“Araz-Naxçıvan”ın potensial rəqibləri arasında aşağıdakı klublar da var: 

3-cü turun qalibləri “Riqa” (Latviya) – “Beytar” (İsrail), “Rusenborq” (Norveç) – “Hammarbü” (İsveç), həmçinin, Avropa Liqasının 3-cü turunun məğlubları:
PAOK (Yunanıstan) – “Volfsberq” (Avstriya),
“Hakken” (İsveç) – “Brann” (Norveç)

“Sabah”ın potensial rəqibləri sırasına sıradan çıxmış səbətdən aşağıdakı klublar daxildir: “Rayo Valyekano” (İspaniya), “Strasburq” (Fransa), həmçinin, Konfrans Liqasında 3-cü turun qalibləri:

“Sabah”ın potensial rəqibləri:

“AZ Alkmaar” (Niderland) – “Vaduts” (Lixtenşteyn), 
“Anderlext” (Belçika) – “Şerif” (Moldviya),
“Luqano” (İsveçrə) – “Çelye” (Sloveniya)

Püşkatma saat 16:00-da başlayacaq.

Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21-də və 28-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button