Konfrans Liqası: “Sabah” – “Makkabi” matçının biletləri bu gün satışa çıxarılacaq

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq “Sabah” (Azərbaycan) – “Makkabi” (Hayfa, İsrail) qarşılaşmasının biletləri bu gün, saat 19:00-dan etibarən satışa çıxarılacaq.

Paytaxt klubunun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, komandanın avrokuboklarda ev oyununu stadiondan canlı izləmək istəyənlər biletləri onlayn şəkildə “iticket.az” saytından əldə edə bilərlər.

“Bank Respublika Arena”nın kassalarında və başqa satış məntəqələrində bilet satışına qarşıdakı günlərdə başlanılması nəzərdə tutulub. Biletlərin qiymətləri yerlərə görə 2-10 manat aralığında dəyişir.

“Sabah” – “Makkabi” matçı avqustun 1-də, saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq. Oyuna gecikən tamaşaçılar (1-ci hissə bitəndən sonra) stadiona buraxılmayacaq. Stadiona qida məhsulları, şüşə və plastik qablarda içki, bərk bağlamalı olan qablarda və bankalarda qida məhsulları ilə daxil olmaq qadağandır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button