Konfrans Liqası: “Sabah” bu gün “Levski” ilə üz-üzə gələcək

“Sabah” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Bakıda Bolqarıstanın “Levski” (Sofiya) komandasını qəbul edəcək.

Qarşılaşma saat 20:00-da start götürəcək. Oyunun baş hakimi ukraynalı Mikola Balakin olacaq.

“Sabah” səfərdəki ilk matçda bir cavabsız qolla məğlub olub. Cütün qalibi pley-offda “AZ Alkmar” (Niderland) – “Vaduts” (Lixtenşteyn) duelinin güclüsü ilə üz-üzə gələcək.

14 avqust

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, cavab oyunu
20:00. Sabah – Levski (Bolqarıstan) 
İlk oyun – 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. “Bank Respublika Arena”

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button