Konfrans Liqası: “Qarabağ”ın “səbət”i

UEFA Avropa Liqasında mübarizəni başa vurduqdan sonra yoluna Konfrans Liqasının pley-off mərhələsində davam edəcək “Qarabağ”ın qarşılaşa biləcəyi potensial rəqiblərin adlarına aydınlıq gəlib.

Komanda.az UEFA-ya istinadən xəbər verir ki, “köhlən atlar” Avroliqadan düşən digər 7 komanda ilə birlikdə Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə mübarizə aparacaq.

Püşkatma öncəsi artıq səbətlər müəyyənləşib. Konfrans Liqasında yoluna davam edənlər “səpələnmişlər”, aralarında “Qarabağ”ın da olduğu Avroliqadan gələnlər isə “səpələnməmişlər” səbətində yer alacaqlar.

Səbətlərin tam tərkibi aşağıdakı kimidir.

Səpələnmişlər:
Anderlext (Belçika)
Bazel (İsveçrə)
CFR Kluj (Rumıniya)
Dnepr-1 (Ukrayna)
Fiorentina (İtaliya)
Gent (Belçika)
Lex (Polşa)
Partizan (Serbiya)

Səpələnməmişlər:
AEK (Larnaka, Kipr)
Bude Qlimt (Norveç)
Braqa (Portuqaliya)
Latsio (İtaliya)
Ludoqorets (Bolqarıstan)
Qarabağ (Ağdam, Azərbaycan)
Şerif (Moldova)
Trabzonspor (Türkiyə)

Bu mərhələdə qalib gələn komandalar 1/8 finalda Konfrans Liqasında öz qruplarında birinci olan klublarla qarşılaşacaqlar.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button