Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibi müəyyənləşdi
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, “köhlən atlar” UEFA Avropa Liqasının 3-cü raundunda Finlandiya klubu HJK-yə məğlub olsa, Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ”ın yer aldığı cütlüyün məğlubu ilk matçını səfərdə keçirəcək.
Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin