Konfrans Liqası: “Omoniya” – “Zirə” matçının hakimləri məlum olub
Kiprdə yerli “Omoniya” və “Zirə” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları məlum olub.
Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Estoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək göstərəcək. Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək. VAR-da Kristo Tohver, AVAR-da Yonas Yanovits əyləşəcək.
Avqustun 22-də GSP stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması bir həftə sonra baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin