Konfrans Liqası: “Neftçi”nin səfər matçının hakimlərindən biri dəyişib
“Neftçi”nin Bosniya və Herseqovinada “Jelezniçar”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçının hakimlərindən biri dəyişib.
Komanda.az xəbər verir ki, estoniyalı laynsman Veyko Mıtsnik bu oyunda iş başında ola bilməyəcək.
Onu digər yan xətt hakimi Neeme Neemlayd əvəzləyəcək. Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Oyunu estoniyalı FİFA referisi Yuri Frişer idarə edəcək.
İyulun 27-də “Qrbavitsa” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin