Konfrans Liqası: “Neftçi” “Makkabi” üzərində qələbəni əldən verdi

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Neftçi” də ilk oyununu bu gün keçirib. “Ağ-qaralar” doğma meydanda İsrailin “Makkabi” (Hayfa) komandası ilə üz-üzə gəlib. 8-ci km stadionunda oynanılan və 6 qolun qeydə alındığı görüşdə qalib müəyyənləşməyib.

Komandalar arasındakı cavab matçı bir həftə sonra İsraildə olacaq.

Konfrans Liqası, pley-off mərhələsi, ilk oyun

19 avqust

Neftçi – Makkabi (Hayfa, İsrail) 3:3
Qol: Y.Laval, 50; 66. E.Mahmudov, 72 – V.Stankoviç, 9-öz qapısına. T.Çeri, 78; 90+6.
Qırmızı vərəqə: İ.Zülfüqarlı, 77.
Baş hakim: Uilli Delajo (Fransa)

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Huqo Basto, 10. Sezar Meza Kolli, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov.

Makkabi: 44. Coşua Kohen, 4. Əli Məhəmməd, 5. Boqdan Planiç, 7. Omer Atzili, 10. Tyaronn Çeri (k), 12. Sun Menaxem, 14. Xose Rodriqes, 16. Məhəmməd Abu-Fani, 21. Din David, 24. Ori Dahan, 25. Yosef-Raz Meyr.
Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Streyn, 3. Şon Qoldberq, 6. Neta Lavi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Gerşon.
Baş məşqçi: Barak Baxar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button