Konfrans Liqası: “Neftçi” “Beşiktaş”a rəqib ola bilər

Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

Komanda.az xəbər verir ki, püşkatma öncəsi “Sabah”, “Neftçi” və “Qəbələ”nin mümkün rəqiblərinin sayı 4-ə enib.

“Sabah” 2-ci mərhələni keçsə, “Makkabi” (Təl-Əviv, İsrail) – “Petrokub” (Moldova), MOİK (Sofiya, Bolqarıstan) – “Sepsi” (Rumıniya) cütlərinin qalibi, “Partizan” (Serbiya) və ya “Rapid”ə (Vyana, Avstriya) rəqib olacaq.

“Neftçi”nin 3-cü mərhələdəki potensial rəqibləri PAOK (Yunanıstan) – “Beytar” (İsrail), “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya), “Çelye” (Sloveniya) – “Vitoriya” (Portuqaliya) cütləri və “Alkmaar”dır (Niderland).

“Qəbələ” isə mübarizəni davam etdirməyi bacarsa, “Midtulland” (Danimarka) – “Proqres” (Lüksemburq), “Hapoel” (Beer-Şeva, İsrail) – “Panevezis” (Litva), “Ordabası” (Qazaxıstan) – “Legiya” (Polşa) cütlərinin qalibi və ya “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi bu gün keçiriləcək. Bu mərhələnin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button