Konfrans Liqasında finalçılar bəlli oldu

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk görüşdə İtaliyada “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn “Bazel” cavab matçında bu üstünlüyünü qorumağa çalışıb. Amma İtaliya təmsilçisi səfər matçının əsas vaxtında uduzduğu hesabla qalib gəlib. Bu üzdən əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran florensiyalılar finala yüksəliblər.

Yarımfinalın digər oyununda “Vest Hem” Niderlandda “Alkmaar”la qarşılaşıb. İlk oyundan qalib ayrılan İngiltərə təmsilçisi səfərdə də qələbə qazanaraq finala yüksəlib.

Turnirin final oyunu iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

UEFA Konfrans Liqası, yarımfinal
Cavab oyunları

18 may

Bazel (İsveçrə) – Fiorentina (İtaliya) 1:3
Qol
: Anduni, 55 – N.Qonsales, 35; 72. Barak, 120+9.
Baş hakim: Xose Mariya Sançes (İspaniya)
Bazel, “Sankt-Yakob Park” stadionu
İlk oyun – 2:1

Alkmaar (Niderland) – Vest Hem (İngiltərə) 0:1
Qol
: Fornals, 90+4.
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Alkmaar, AZ stadionu
İlk oyun – 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button