Konfrans Liqası: “Fənərbaxça” mübarizəni dayandırdı

Bu gün UEFA Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” Praqada “Slaviya”nın qonağı olub. İstanbulda keçirilən ilk qarşılaşmada Çexiya təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi. Cavab görüşündə də oxşar nəticə qeydə alınıb və Türkiyə klubu mübarizəni dayandırıb.

İngiltərənin “Lester” klubu isə səfərdə “Randers”lə üz-üzə gəlib. İlk oyunda qazanılan böyükhesablı qələbə sayəsində britaniyalıların meydana daha rahat çıxacağını söyləmək olardı. Cavab matçında da inamlı qələbə qazanan İngiltərə klubu mərhələ adlayan tərəf olub.

UEFA Konfrans Liqası, 1/16 final, cavab oyunları

24 fevral

Qarabağ (Azərbaycan) – Marsel (Fransa) 0:3
Qol
: P.Qeye, 12. M.Genduzi, 77. K.D.L.Fuente, 90+2.
Baş hakim: Bartoş Frankovski (Polşa)
İlk oyun – 1:3

Bude Qlimt (Norveç) – Seltik (Şotlandiya) 2:0
Qol
: Solbakken, 9. Vetlesen, 69.
Baş hakim: Sergey İvanov (Rusiya)
İlk oyun – 3:1

Partizan (Serbiya) – Sparta (Praqa, Çexiya) 2:1
Qol
: R.Qomes, 7; 24 – Hlojek, 85.
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
İlk oyun – 1:0

Randers (Danimarka) – Lester (İngiltərə) 1:3
Qol
: Odey, 84 – Barnes, 2. Maddison, 70; 74.
Baş hakim: İrfan Pelto (Bosniya və Herseqovina)
İlk oyun – 1:4

Makkabi (Təl-Əviv, İsrail) – PSV (Niderland) 1:1
Qol
: Saborit, 90+1 – Veressen, 85.
Baş hakim: Harald Lexner (Avstriya)
İlk oyun – 0:1

Slaviya (Praqa, Çexiya) – Fənərbaxça (Türkiyə) 3:2
Qol
: Ştrans, 19. Sor, 27; 63 – M.Yandaş, 39. Berişa, 90.
Baş hakim: Kris Kavanax (İngiltərə)
İlk oyun – 3:2

PAOK (Yunanıstan) – Midtulland (Danimarka) 2:1 (penaltilər 5:3)
Qol
: Jivkoviç, 20. Vyeyrinya, 26 – Höq, 80.
Baş hakim: Laurens Visser (Belçika)
İlk oyun – 0:1

Vitess (Niderland) – Rapid (Vyana, Avstriya) 2:0
Qol
: Qrbiç, 3. Bero, 19.
Baş hakim: Yakob Kelet (Danimarka)
İlk oyun – 1:2

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button