Konfrans Liqası: “Çelsi” Polşa, “Fiorentina” Sloveniya səfərində

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, “Çelsi” səfərdə “Legiya”nın, “Fiorentina” isə “Çelye”nin qonağı olacaq.

“Rapid” İsveçdə “Yurqorden”lə görüşəcək. “Betis” isə doğma meydanda Polşa “Yagelloniya”sını qəbul edəcək.

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab matçları aprelin 17-də keçiriləcək.

Konfrans Liqası, 1/4 final, ilk oyunlar

10 aprel

20:45. Legiya (Polşa) – Çelsi (İngiltərə)

23:00. Betis (İspaniya) – Yagelloniya (Polşa)

23:00. Çelye (Sloveniya) – Fiorentina (İtaliya)

23:00. Yurqorden (İsveç) – Rapid (Avstriya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button