Bu gün Konfrans Liqasında sonuncu püşkatma olacaq

Bu gün UEFA Konfrans Liqasında cari mövsümün sonuncu püşkü atılacaq.

Komanda.az xəbər verir ki, Avropa futbol qurumunun Nyondakı mənzil-qərargahında keçiriləcək mərasim saat 17:00-da start götürəcək. Tədbirdə 1/4 və yarımfinal cütlükləri, həmçinin, final matçının nominal meydan sahibi bəlli olacaq.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən komanda bir-biriylə rəqib ola biləcək.

1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab görüşləri isə bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-də və 18-də olacaq.

Turnirin final görüşü isə iyunun 7-də, Çexiyanın paytaxtı Praqadakı “Eden Arena”da keçiriləcək.

Anderlext (Belçika)

AZ Alkmaar (Niderland)

Bazel (İsveçrə)

Fiorentina (İtaliya)

Nitsa (Fransa)

Vest Hem (İngiltərə)

Gent (Belçika)

Lex (Polşa)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button