Konfrans Liqası: Bu gün yarımfinalçılar məlum olacaq
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Komanda.az xəbər verir ki, Türkiyənin avrokuboklardakı yeganə təmsilçisi “Fənərbaxça” öz meydanında Yunanıstan “Olimpiakos”u ilə qarşılaşacaq. Səfərdə minimal fərqlə məğlub olan İstanbul komandası doğma arenada mərhələ adlamağa çalışacaq.
Yarımfinalda “Lill” – “Aston Villa” və “Fənərbaxça” – “Olimpiakos” oyunlarının qalibləri, həmçinin digər iki cütdə mübarizəni davam etdirəcək komandalar bir-birləri ilə qarşılaşacaqlar.
Konfrans Liqası, 1/4 final, cavab oyunları
18 aprel
20:45. Fiorentina (İtaliya) – Viktoriya (Çexiya)
İlk oyun – 0:0
20:45. Lill (Fransa) – Aston Villa (İngiltərə)
İlk oyun – 1:2
23:00. Fənərbaxça (Türkiyə) – Olimpiakos (Yunanıstan)
İlk oyun – 2:3
23:00. PAOK (Yunanıstan) – Brügge (Belçika)
İlk oyun – 0:1
Bizi Facebook-da izləyin