
Konfrans Liqası: Bu gün “Sabah”la “Zirə”nin potensial rəqibləri bilinəcək
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Komanda.az xəbər verir ki, saat 16:00-da start götürəcək mərasimdə Azərbaycan təmsilçiləri “Sabah” və “Zirə”nin də potensial rəqibləri müəyyənləşəcək.
Klublarımızın yer aldığı cütlər püşkatmada səpələnməmişlər səbətində yer alacaq.
“Zirə” 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” klubu ilə, “Sabah” isə İrlandiyanın “Sent Patriks” komandası ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin