Konfrans Liqası: Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək – Rəsmi

Belarusun “Dinamo” (Minsk) klubu UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın “Harts”, noyabrın 28-də, saat 21:45-də Danimarkanın “Kopenhagen” və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın “Larn” komandalarını Sumqayıtda qəbul edəcək.

Qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button