Konfrans Liqası: Azərbaycan klublarının oyunlarının başlama saatı məlum olub

Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı bəlli olub.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Araz-Naxçıvan”ın Kiprin “Omoniya” komandası ilə Bakıdakı görüşü avqustun 7-də, saat 20:00-da start götürəcək. Səfərdəki cavab matçı avqustun 14-də, saat 21:00-da başlayacaq.

“Sabah”ın Bolqarıstanda “Levski” (Sofiya) klubu ilə ilk oyunu avqustun 7-də, saat 22:00-da, avqustun 14-dəki cavab görüşü isə saat 20:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button