Konfrans Liqası: Azərbaycan klublarının potensial rəqibləri bilindi

Azərbaycan klublarının UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Komanda.az xəbər verir ki, “Sabah” 2-ci mərhələdə Latviyanın RFS komandasını keçsə, Serbiya “Partizan”ı ilə qarşılaşacaq.

“Neftçi” 2-ci təsnifat mərhələsində Bosniya və Herseqovina “Jelezniçar”ını mübarizədən kənarlaşdırsa, “Beşiktaş” (Türkiyə) – “Tirana” (Albaniya) cütünün güclüsü ilə üz-üzə gələcək.

“Qəbələ” isə Kipr “Omoniya”sını məğlub etsə, 3-cü mərhələdə “Midtulland” (Danimarka) – “Proqres” (Lüksemburq) cütünün qalibi ilə görüşəcək.

3-cü təsnifat mərhələsinin oyunları 10-17 avqustda olacaq. “Sabah” və “Qəbələ” ilk matçlarını evdə, “Neftçi” isə səfərdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button