
Konfrans Liqası: “Aris”i Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasındakı rəqibi “Aris”i (Yunanıstan) Bakıda təxminən 20 azarkeş dəstəkləyəcək.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yunanıstan klubu Azərbaycana iyulun 22-də, axşam saatlarında gələcək.
“Araz-Naxçıvan” – “Aris” oyunu iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 31-də Salonikidə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



