
Konfrans Liqası: “Araz-Naxçıvan”ın rəqibi itki ilə üzləşib
“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aris” (Yunanıstan) itki ilə üzləşib.
Komanda.az Saloniki təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanın üzvü Tasos Donis zədələnərək sıradan çıxıb. MRT nəticələrinə görə, futbolçunun sol dizinin medial kollateral bağının qırıldığı bildirilib. 28 yaşlı forvard ötən gün Kipr təmsilçisi “Anortosis”lə yoxlam oyununda zədələnib.
Tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



