Konfrans Liqası: “Araz-Naxçıvan” – “Aris” matçının biletləri satışa çıxarılıb

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” (Yunanıstan) oyununun biletləri bu gün satışa çıxarılıb.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

Biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manatdır. Biletlər hər gün saat 10:00-dan 21:00-dək “Liv Bona Dea Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.

Tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button