Konfrans Liqası: 3-cü mərhələnin bütün cütləri

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 3-cü mərhələnin püşkü atılıb.

Komanda.az xəbər verir ki, mərasimdə Azərbaycan təmsilçiləri “Qarabağ”, “Sumqayıt” və “Keşlə”nin də potensial rəqibləri müəyyənləşib.

“Qarabağ” 2-ci mərhələdə İsrailin “Aşdod” komandasını mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə AEL (Kipr) – “Vlazniya” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

“Sumqayıt” “Çukariçki” (Serbiya) səddini aşsa, “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Keşlə” “Soçi” (Rusiya) səddini keçsə, növbəti mərhələdə “Partizan” (Serbiya) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə münabisətlərini aydınlaşdırmalı olacaq.

Qeyd edək ki, Konfrans Liqasında 3-cü mərhələnin oyunları 5-12 avqustda olacaq.

Avropa Konfrans Liqası
3-cü mərhələ

Əsas yol

“Dinamo” (Batumi, Gürcüstan)/BATE (Belarus) – “Petrokub” (Moldova)/“Sivasspor” (Türkiyə)

“KuPS” (Finlandiya)/“Vorskla” (Ukrayna) – “Astana” (Qazaxıstan)/“Aris” (Yunanıstan)

“Soçi” (Rusiya)/“Keşlə” (Azərbaycan) – “Partizan” (Serbiya)/“Dunayska Streda” (Slovakiya)

“Ararat” (Ermənistan)/“Şlensk” (Polşa) – “Arda” (Bolqarıstan)/“Hapoel” (Beer-Şeva, İsrail)

“Şkupi” (Şimali Makedoniya)/“Santa Klara” (Portuqaliya) – “Olimpiya” (Sloveniya)/“Birkirkara” (Malta)

“Uypeşt” (Macarıstan)/“Vaduts” (Lixtenşteyn) – “Bazel” (İsveçrə)/“Partizani” (Albaniya)

“Kolos” (Ukrayna) – “Styaua” (Rumıniya)/“Şaxtyor” (Karaqandi, Qazaxıstan)

“Elfsborq” (İsveç)/“Milsami” (Moldova) – “Velej” (Bosniya və Herseqovina)/AEK (Yunanıstan)

“Pasuş de Ferreyra” (Portuqaliya) – “Larne” (Şimali İrlandiya)/“Orhus” (Danimarka)

“Lütsern” (İsveçrə) – “Drita” (Kosovo)/“Feyenoord” (Niderland)

RFS (Latviya)/“Puşkaş Akademiya” (Macarıstan) – “Gent” (Belçika)/“Valerenqa” (Norveç)

“Hibernian” (Şotlandiya)/“Santa Koloma (Andorra) – “Qzira Yunayted” (Malta)/“Riyeka” (Xorvatiya)

“Austriya” (Avstriya)/“Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya)/“Haken” (İsveş)

“Trabzonspor” (Türkiyə) – “Molde” (Norveç)/“Servett” (İsveçrə)

“Dudelanj” (Lüksemburq)/“Bohemians” (İrlandiya) – PAOK (Yunanıstan)

“Kauno Jalgiris” (Litva)/TNS (Uels) – “Viktoriya” (Çexiya)/“Dinamo” (Brest, Belarus)

“Suduva” (Litva)/“Rakov” (Polşa) – “Rubin” (Rusiya)

“Lokomotiv” (Plovdiv, Bolqarıstan)/“Slovaçko” (Çexiya) – “Kopenhagen” (Danimarka)/“Torpedo-BelAZ” (Belarus)

“Çukariçki” (Serbiya)/“Sumqayıt” (Azərbaycan) – “Hammarbü” (İsveç)/“Maribor” (Sloveniya)

“Hayduk” (Xorvatiya)/“Tobol” (Qazaxıstan) – “Apollon” (Kipr)/“Jilina” (Slovakiya)

ÇSKA (Sofiya, Bolqarıstan)/“Liepaya” (Latviya) – “Poqon” (Polşa)/“Osiyek” (Xorvatiya)

“Panevejis” (Litva)/“Voyvodina” (Serbiya) – LASK (Avstriya)

AEL (Kipr)/“Vlajniya” (Albaniya) – “Qarabağ” (Azərbaycan)/“Aşdod” (İsrail)

“Spartak” (Trnava, Slovakiya)/“Sepsi” (Rumıniya) – “Sutyeska” (Monteneqro)/“Makkabi” (Təl-Əviv, İsrail)

“Hafnarfyordur” (İslandiya)/“Rusenborq” (Norveç) – “Domjale” (Sloveniya)/“Honka” (Finlandiya)

“Universitatya” (Krayova, Rumıniya)/“Laçi” (Albaniya) – “Anderlext” (Belçika)

“Vitess” (Niderland) – “Dandalk” (İrlandiya)/“Levadiya” (Estoniya)

Çempionlar yolu

“Dinamo” (Tiflis, Gürcüstan)/”Makkabi” (Hayfa, İsrail) – “Torshavn” (Farer adaları)/”Buduçnost” (Monteneqro)

“Linfild” (Şimali İrlandiya)/”Borats” (Bosniya və Herseqovina) – “Şaxtyor” (Soliqorsk, Belarus)/”Fola Eş” (Lüksemburq)

“Şemrok Rovers” (İrlandiya) – “Teuta” (Albaniya)/”İnter” (Andorra)

“Riqa” (Latviya)/”Şkendiya” (Makedoniya) – “Folqore” (San Marino)/”Hibernians” (Malta)

“Priştina” (Kosovo)/”Konnah” (Uels) – “Valyur” (İslandiya)/”Bodo Qlimt” (Norveç)