
Kompani Ançelottinin uğurunu təkrarlamağa yaxındır
“Bayern” cari mövsümə inamlı başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu 4 Bundesliqa matçı da daxil olmaqla, mövsümün ilk 7 rəsmi oyununda qalib gəlib. Komanda sonuncu dəfə 2018/19 mövsümünün əvvəlində, Niko Kovaçın rəhbərliyi altında belə bir il keçirib. Hazırda “Bayern”in baş məşqçisi Vensan Kompaninin rəhbərliyi altında səkkizinci qələbə Karlo Ançelottinin 2016-cı ildə Münhen klubunda ilk səkkiz matçda qazandığı uğura bərabər olacaq.
Səkkizinci matç bu gün, Bundesliqada “Verder”ə qarşı keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



