Kompani: “Sonda ədalət zəfər çaldı”

“Bayern”in baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının 2024/25-ci il mövsümünün pley-off mərhələsində “Mançester Siti” ilə qarşılaşmaq imkanlarından danışıb.

Komanda.az xəbər verir ki, belçikalı çalışdırıcı mətbuat konfransında tempi artırmalı olduqlarını bildirib:

“Mançester Siti” ilə mümkün oyun? Turnirin böyük qarşılaşmalarının gözlənilən mərhələsinə qədəm qoyuruq. Odur ki, bizi nə gözləsə də, buna hazır olmalıyıq. Pley-offdakı rəqibimiz baxımından çox da irəli baxmıram. Kiminlə qarşılaşacağımızın əhəmiyyəti yoxdur. Biz tempi artırmalıyıq.

Ümumi nəticələrə görə 1/8 finala çıxa bilməmək? Bizə 8 oyundan altısında qalib gəlmək lazım idi. Beş qələbə qazana bildik. Sonda ədalət zəfər çaldı. Düşünürəm ki, biz cəhd etdik, amma format da belə vəziyyətlər yaratmaq üçün nəzərdə tutulub. Bu əlavə iki matçı oynamalı olan yeganə komanda biz deyilik”.

“Bayern” ümumi mərhələnin yekunlarına əsasən, 12-ci yeri tutub və Çempionlar Liqasının 1/8 final mərhələsinə birbaşa yüksələ bilməyib. Münhenlilərin pley-off mərhələsindəki rəqibi “Seltik” və ya “Mançester Siti” olacaq. Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi sabah keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button