Kompani: “İlk oyunumdan razıyam”
“Bayern”in baş məşqçisi Vensan Kompani Bundesliqada debüt oyunu ilə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı baş məşqçi kimi ilk oyunundan razı olduğunu bildirib:
“Almaniya çempionatında baş məşqçi kimi ilk oyunumdan razıyam. Matçın birinci hissəsində rəqib üzərində üstünlük təşkil etdik, rəqibi qapımıza yaxın buraxmadıq. Fasilədən sonra daha az uğurlu oynadıq. Komandam iki dəfə qol epizodunu qaçırdı, amma sonda qalib gələ bildik”.
Kompaninin yetirmələri açılış turunda “Volfsburq”u 3:2 hesabı ilə məğlub ediblər. Belçikalı mütəxəssisin “Bayern”lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin