Kompani “Bayern” rəhbərliyini tələsdirir – Taya görə

“Bayern”in baş məşqçisi Vensan Kompani rəhbərlikdən Conatan Tanın transferi məsələsini tez həll etməyi xahiş edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Leverkuzen “Bayer”inin müdafiəçisi keçidə açıqdır, ancaq bir problem var. Belə ki, Münhen klubu əvvəlcə “Mançester Yunayted”in maraq dairəsində olan Matteys de Liqt və Nussair Mazrauidən yaxa qurtarmalıdır. Bu oyunçuların satışından sonra “Bayern” Tanın transferi ilə bağlı Leverkuzen klubunun tələblərini təmin etməyə hazır olacaq.

“Əczaçılar” “Bayern”ə 25 milyon avro dəyərində qiymətləndirilən Conatan Tanı transfer etmək üçün son tarix göstəriblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button