Klub rəsmisi təsdiqlədi: İspan futbolçu “Bayern”dən göndəriləcək

“Bayern”in idman direktoru Maks Eberl Brayan Saraqosanın perspektivi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, ispaniyalı futbolçunu icarəyə buraxmaq üçün hazır olduqlarını təsdiqləyib:

“Ən yaxşı həll yolu tapmaq üçün vəziyyəti qiymətləndiririk. Bəlkə də, indi Brayan üçün əsas heyətə daxil olmaq daha da çətinləşdi və o, həll yolu üçün bizə müraciət etdi. Fikrimizcə, onun başqa yerdə oyun təcrübəsi qazanması faydalı olacaq”.

22 yaşlı yarımmüdafiəçi ötən mövsüm nadir hallarda meydana çıxıb və yeni baş məşqçi Vensan Kompani də onu komandada görmür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button