Kompani ona güvənmir

“Bernli” icarə əsasında “Mançester Yunayted”də çıxış edən Vaut Veqhorstla yolları ayırmağa hazırdır.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək komandanın çalışdırıcısı Vensan Kompani hücumçuya güvənmir.

Öncədən bildirilirdi ki, niderlandlı oyunçu yenidən “Beşiktaş”a qayıda bilər. O, cari mövsümün əvvəlində Super Liqa klubunda forma geyinirdi.

30 yaşlı forvard 2022/23 mövsümündə “qırmızı şeytanlar”ın heyətində 22 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button