Kompani Noyerin sağalacağı vaxtı açıqladı

“Bayern”in baş məşqçisi Vensan Kompani qapıçı Manuel Noyerin Çempionlar Liqasının 1/8 final mərhələsinin Leverkuzen “Bayer”i ilə son oyunda (3:0) aldığı sağ baldır əzələsindəki lifin qopması səbəbindən nə qədər vaxt olmayacağını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis, Noyerin beynəlxalq fasiləyə qədər bərbası üçün kifayət qədər vaxtının olacağını bildirib:

“Düşünürəm ki, onun beynəlxalq fasiləyə qədər bərpası üçün kifayət qədər vaxtı olacaq”.

Almaniyalı qolkiper “əczaçılar”ın qapısına vurduqları qolu qeyd etməsi nəticəsində zədələnmişdi. Qarşıdakı oyunlarda, o cümlədən “Bayer”lə cavab matçında onu 21 yaşlı Yonas Urbiq əvəzləyəcək.

“Bayern” – “Bayer” cavab matçı martın 11-də olacaq. Oyun Leverkuzendəki “BayArena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button