Kompanidən zədələnən Noyer haqda açıqlama

“Bayern”in baş məşqçisi Vensan Kompani Çempionlar Liqasının ilk turunda 9:2 hesablı qələbə qazandıqları Zaqreb “Dinamo”su ilə matçda zədələnən qapıçı Manuel Noyerin durumundan danışıb.

Komanda.az xəbər verir ki, belçikalı çalışdırıcı mətbuat konfransında lazımsız riskə getmək istəmədiklərini bildirib:

“O, bu gün məşq edəcək və biz vəziyyəti qiymətləndirəcəyik. Bundan sonra Noyerin “Verder”ə qarşı oynayıb-oynamayacağına qərar verəcəyik. Onun böyük təcrübəsi var, ona görə də, məşqdən sonra onunla danışıb qərar verəcəyik. Biz lazımsız riskə getmək istəmirik, amma hər şey yaxşı görünür”.

Noyerin “Bayern”lə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button