Kompanidən az oynadığı üçün narazı olan Qoretska haqda açıqlama
“Bayern”in baş məşqçisi Vensan Kompani az oynadığı üçün narazı olan yarımmüdafiəçi Leon Qoretskanın durumundan danışıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, belçikalı çalışdırıcı, bütün oyunçuların oynamaq istədiyini bildirib:
“Komanda qalib gələndə məğlub olan olmur. Bütün futbolçular oynamaq istəyir, rəqabət var, amma mən meydana cəmi 11 oyunçu buraxa bilərəm. Ayrı-ayrı oyunçular haqqında danışmaq istəmirəm. Mən komanda haqqında danışmaq istəyirəm, fərdlər haqqında deyil”.
Almaniyalı yarımmüdafiəçinin yanvar ayında Münhen komandasını tərk etmək istədiyi barədə xəbərlər yayılıb. Onun xidmətində İngiltərə Premyer Liqasının klubları maraqlıdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin