Kompani: “Mən futbolçularımdan razıyam”
“Bayern”in baş məşqçisi Vensan Kompani komandanın müdafiəçisi Kim Min Jaenin cari mövsümdəki çıxışı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis bunu söyləyib:
“Mən də müdafiəçi idim və bu mövqedə oynamağın nüanslarını yaxşı başa düşürəm. Mərkəz müdafiəçisi kimi oynayırsansa, diqqət çəkmək üçün yüksək səviyyədə 10-15 matç keçirməlisən. Məşqdə hiss edirəm ki, yaxşı müdafiə xəttimiz var, amma bu, təkcə müdafiəçilərə aid deyil. “Bayern”dəki hər bir oyunçunun məqsədi daha yaxşı olmaqdır. Mən futbolçularımdan razıyam, onlara heç vaxt şübhə etmirəm”.
“Bayern” 10 turdan sonra Almaniya çempionatına liderlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin