“Kompani heç kimi açıq şəkildə tənqid etmir” – Keçmiş futbolçu

Almaniya millisinin sabiq futbolçusu Lotar Matteus belçikalı mütəxəssis Vensan Kompaninin “Bayern”in baş məşqçisi kimi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı keçmiş futbolçu, Kompaninin komanda tərəfindən yaxşı qarşılandığını bildirib:

“Yeni baş məşqçi komanda tərəfindən yaxşı qarşılandı. Vəziyyət yaxşılaşıb. Artıq komandanın oyunçuları ilə bağlı ictimai müzakirələr aparılmır, bu dərs alınıb. Əvvəlki məşqçi tez-tez futbolçularla bağlı açıqlamalar verirdi.

Baş məşqçi oyunçulara necə yanaşmağı bilir. O, komanda daxilində onlarla açıq şəkildə ünsiyyət qurur və heç kəsi açıq şəkildə tənqid etmir”.

38 yaşlı mütəxəssis bu yay “Bayern”in baş məşqçi postuna dəvət olunub və onunla 3 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button